Bu gün paytaxtda parklanma problemlərinin həlliylə bağlı ciddi addımlar atılır, həm real vəziyyətə aydınlıq gətirilərək qanunsuz parklanma ilə mübarizə aparılır, həm də qanunvericliklə bağlı dəyişikliklər müzakirə edilir, Bakı Nəqliyyat Agentliyi də öz növbəsində təkliflər hazırlayaraq Nazirlər Kabinetinə göndərir. Kaş ki, atılan addımlar kampaniya xarakteri daşımasın. Nə isə…
Belə məqamda bizdə öz növbəmizdə bələdiyyələrin bu istiqamətdə qarşılaşdığı problemlərə aydınlıq gətirməyə çalışırıq. Məhz bu məqsədlə də dünən paytaxtın üç mərkəz bələdiyyəsinə müraciət edərək, yeraltı dayanacaqların mövcudluğu və ödənişin səviyyəsini öyrənmək üçün müraciət etdik. Votsap üzərindən müraciət etməklə yanaşı, həm də telefonla da sədrlərə zəng etdik. Çox operativ şəkildə həm Səbail, həm də Nərimanov bələdiyyəsinin sədrləri müraciətə reaksiya verərək tez bir zaman kəsiyində mənə lazım olan məlumatları göndərdilər. Üçüncü bələdiyyə isə…
Demək, bələdiyyə sədrinin atası, tanınmış dövlət xadimi Fərrux Zeynalov dünyasını dəyişdiyindən, sədri narahat etməmək üçün sorğunu sədr müavini Rahib Hacıyevə göndərdim. Sonra isə bir müddətdən sonra zəng etdim. Ardıcıl və müxətlif vaxtlarda zəng etməyimə baxmayaraq zəngə cavab verilmədi. Sədr müavininin iş yoldaşlarına da zəng edib vəziyyəti soruşdum. Dedilər bir gün əvvəl üzr yeri olduğundan işdə olmayıb, amma dünən bütün günü işdə olub. Maraqlanıb sözünüzü çatdırarıq. Beləcə xeyli vaxt itkisi oldu. Amma nə cavab gəldi, nədəki hanısısa bir reaksiya oldu. Mənə açığı maraqlı gəldi ki, uzun illərdən bəri tanıdığım, hər dəfə görüşəndə bələdiyyənin keçmişi-gələcəyi barədə ciddi fikir mübadiləsi apardığım, hətta ötən illərdə bələdiyyə barəsində səsləndirdiyim fikirlərin obyektiv olduğunu dilə gətirən insana son bir ayda nə oldu, nə baş verdi (iraq olsun), hansı “qara pişik qarşısından keçdi” ki, telefon zənglərinə belə cavab vermir. Çox maraqlıdır. Nə isə…
Yəqin ki, bu iraddan sonra nəticə çıxarılar və deyilən məsələyə də bir aydınlıq gətirilər.
Vüqar Tofiqli